Formula 1-ə görə Azərbaycana gələn əcnəbilər üçün viza prosedurları sadələşdirilir

Formula 1-ə görə Azərbaycana gələn əcnəbilər üçün viza prosedurları sadələşdirilir

Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sports.az xəbər verir ki, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

Son xəbərlər
“Traktor” öz meydanında uduzdu
“Kəpəz” “Sabah”a qarşı - YENİLƏNİR
Millimiz Bakıda Türkiyə klubuna məğlub oldu
Müdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb
Millimiz İslamiadada 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Messinin 400-cü assisti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini ələ keçirmək istəyir
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Salyanda “Məktəbli Kuboku”na start verilib
“Kəpəz” legioneri ilə vidalaşdı
İspaniya nəhəngləri Holandla bağlı qənaətə gəldilər
Ən çox azarkeş toplamış Azərbaycan derbiləri
Millimizin heyəti açıqlandı
Gəncədə Avropa çempionatına start verilib
İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaqlar
İslandiya və Fransa ilə oyun öncəsi millimizdə ciddi itki
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər
Günün oyunları – TV
Tonali “Milan” üçün darıxır
Endrik Liqa 1 və Premyer Liqa arasında seçim etdi
“Bayern” “Liverpul”un oyunçusu ilə danışıqlara başladı
“Bayern” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlarda dalana dirəndi
“İnter” müdafiəçisi ilə müqaviləsini yeniləyəcək
“Atletiko” “Korintians”ın gənc ulduzu uğrunda mübarizəyə qoşuldu
Kyezanın pərəstiş etdiyi futbolçu
19-cu dəfə “Azərsun Arena”da
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı
DAHA ÇOX

Ən çox oxunanlar