Digər
Millimiz bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək

17.08.2024 | 10:30
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Sports.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.
B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.
Son xəbərlər





























