“Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu”

“Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu”

“Çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu”.

Sports.az xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət yığmasının blokçusu Ramazan Ağabəyov Avropa çempionatının təsnifat mərhələsində keçirilən Avstriya ilə oyun barədə danışarkən deyib.

O, istədikləri kimi oynaya bilmədiklərini vurğulayıb:

“Təsnifat mərhələsində ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli voleybolçular çox idi və onlar görüşün həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik".

Ramazan Ağabəyov növbəti qarşılaşmada qalib gəlmək istədiklərini söyləyib:

"Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya ilə matçdan sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

AÇ-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma səfərdə keçirdiyi ilk oyunda Avstriyaya 0:3 hesabı ilə məğlub olub. Komanda növbəti matçını avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Belçikaya qarşı keçirəcək.

Son xəbərlər
“Traktor” öz meydanında uduzdu
“Kəpəz” “Sabah”a qarşı - YENİLƏNİR
Millimiz Bakıda Türkiyə klubuna məğlub oldu
Müdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb
Millimiz İslamiadada 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Messinin 400-cü assisti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini ələ keçirmək istəyir
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Salyanda “Məktəbli Kuboku”na start verilib
“Kəpəz” legioneri ilə vidalaşdı
İspaniya nəhəngləri Holandla bağlı qənaətə gəldilər
Ən çox azarkeş toplamış Azərbaycan derbiləri
Millimizin heyəti açıqlandı
Gəncədə Avropa çempionatına start verilib
İslamiada: İdmançılarımız bu gün 6 növdə mübarizə aparacaqlar
İslandiya və Fransa ilə oyun öncəsi millimizdə ciddi itki
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər
Günün oyunları – TV
Tonali “Milan” üçün darıxır
Endrik Liqa 1 və Premyer Liqa arasında seçim etdi
“Bayern” “Liverpul”un oyunçusu ilə danışıqlara başladı
“Bayern” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlarda dalana dirəndi
“İnter” müdafiəçisi ilə müqaviləsini yeniləyəcək
“Atletiko” “Korintians”ın gənc ulduzu uğrunda mübarizəyə qoşuldu
Kyezanın pərəstiş etdiyi futbolçu
19-cu dəfə “Azərsun Arena”da
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı
DAHA ÇOX

Ən çox oxunanlar