Digər
Azərbaycan avarçəkənləri DÇ-də iştirak edəcəklər

21.08.2024 | 18:30
Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.
Sports.az xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.
Kanoe yarışında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.
Mundial avqustun 23-25-də gerçəkləşəcək.
Son xəbərlər





























