Digər
Milimiz Avropa Kubokunda mübarizəyə başlayır

22.08.2024 | 12:15
Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.
Sports.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.
Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.
Son xəbərlər





























