Digər
Avropa Kuboku: Millimiz ilk oyunda məğlub oldu

23.08.2024 | 17:00
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Sports.az xəbər verir ki, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.
Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.
Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.
Son xəbərlər





























