DÇ: Azərbaycanın 3 güləşçisi bürünc medal qazandı

Azərbaycanın qızlardan ibarət güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıb.

Sports.az xəbər verir ki, Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Əmrah Əmrahov (48 kq) da bürünc medala sahib çıxıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə mundialın qalibi olublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar