Digər
Qazaxıstan klubları və Özbəkistan millisi Bakıya gəlir

27.08.2024 | 14:00
Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.
Sports.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.
AHF-nin təşkil etdiyi turnirdə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.
Turnir avqustun 28-dən sentyabrın 1-dək “AHF Arena”da keçiriləcək.
Son xəbərlər





























