Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib

Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib.

Sports.az xəbər verir ki, kompleksin buz meydançasında qızlardan ibarət fiqurlu konkisürmə, oğlanlardan ibarət hokkey bölmələrinin məşq proseslərini izləyən Fərid Qayıbov və müavini Mariana Vasileva mütəxəssislər, məşqçilər və gənc idmançılarla söhbət ediblər.

Həmçinin ölkəmizdə ilk dəfə yaradılan körlinq idman növü ilə də maraqlanıblar. Bildirilib ki, “Ocaq Sport" klubunun nəzdində açılan körlinq bölməsi idman ləvazimatları ilə təmin edilib və yaxın vaxtlarda bu idman növü ilə məşğul olmaq istəyənlər qruplara yazıla biləcəklər.

MMA, cüdo, gimnastika və stolüstü tennis bölmələrində də idmançıların məşq prosesi ilə maraqlanan nazir onlarla söhbət edib, məşqçiləri ilə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Hazırda İdman-Konsert Kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılıb. Burada peşəkar və həvəskar konkisürmə, hokkey, körlinqlə yanaşı, bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, parkur, TeamGym, hava gimnastikası, xüsusi olimpiya gimnastikası, cüdo, MMA, stolüstü tennis, şahmat və fitnes bölmələri də mövcuddur. Azərbaycanda ən böyük trenajor zalı da məhz bu kompleksdə fəaliyyət göstərir. Hər yaş qrupundan olan insanlar burada həvəskar və peşəkar idmanla məşğul ola bilərlər.

Son xəbərlər
Arda Gülər “Real”ın ən yaxşısı seçildi
Qehi “Real”a dəqiq cavab verdi
Bakıda UEFA C kursu keçirilir
AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı
“Liverpul” “Bornmut”a təklif ünvanladı
Millimiz İspaniyada keçirilən dünya çempionatının qalibi oldu
Azərbaycan şahmatçılarından AÇ-də 3 medal
Laporta “Barselona”nın əfsanəsini şərəfləndirmək niyyətindədir
“Gəncə” NTD ilə üz-üzə
Günün oyunları – TV
“Barselona” Yamalın “dərdinə çarə” tapmaq üçün mütəxəssisə müraciət etdi
“Barselona” Yamalın tərəqqisi üçün ən yaxşı yerdir”
Tuxeldən Bellingem açıqlaması
“Real”ın müdafiəçisi İngiltərə Premyer Liqasına keçə bilər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar