“Hər yerdə xalqımın dəstəyini gördüm”

“Hər yerdə xalqımın dəstəyini gördüm”

“Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm”.

Sports.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə deyib.

O, ikinci dəfə Paralimpiya Oyunlarında iştirak etdiyini xatırladıb:

"Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum və favoritlər arasında göstərilirdim. Buna görə də həyəcanlı idim. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".

Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatletimiz uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Son xəbərlər
Arda Gülər “Real”ın ən yaxşısı seçildi
Qehi “Real”a dəqiq cavab verdi
Bakıda UEFA C kursu keçirilir
AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı
“Liverpul” “Bornmut”a təklif ünvanladı
Millimiz İspaniyada keçirilən dünya çempionatının qalibi oldu
Azərbaycan şahmatçılarından AÇ-də 3 medal
Laporta “Barselona”nın əfsanəsini şərəfləndirmək niyyətindədir
“Gəncə” NTD ilə üz-üzə
Günün oyunları – TV
“Barselona” Yamalın “dərdinə çarə” tapmaq üçün mütəxəssisə müraciət etdi
“Barselona” Yamalın tərəqqisi üçün ən yaxşı yerdir”
Tuxeldən Bellingem açıqlaması
“Real”ın müdafiəçisi İngiltərə Premyer Liqasına keçə bilər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar