Bakıda keçiriləcək “Formula 1” yarışının biletləri satışa çıxarıldı

Bakıda keçiriləcək “Formula 1” yarışının biletləri satışa çıxarıldı

Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan qran prisi 2024 üçün “Fan Zona Biletiləri” və” Konsert Biletləri” satışa çıxarılıb.

Sports.az xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər "Formula 1"-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.

Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.

"Formula 1" Azərbaycan qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyənlər, “Fan Zona Bileti” və “Konsert Biletləri”ni əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasın-ın rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.
 

Son xəbərlər
Qehi “Real”a dəqiq cavab verdi
Bakıda UEFA C kursu keçirilir
AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı
“Liverpul” “Bornmut”a təklif ünvanladı
Millimiz İspaniyada keçirilən dünya çempionatının qalibi oldu
Azərbaycan şahmatçılarından AÇ-də 3 medal
Laporta “Barselona”nın əfsanəsini şərəfləndirmək niyyətindədir
“Gəncə” NTD ilə üz-üzə
Günün oyunları – TV
“Barselona” Yamalın “dərdinə çarə” tapmaq üçün mütəxəssisə müraciət etdi
“Barselona” Yamalın tərəqqisi üçün ən yaxşı yerdir”
Tuxeldən Bellingem açıqlaması
“Real”ın müdafiəçisi İngiltərə Premyer Liqasına keçə bilər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
DAHA ÇOX

Ən çox oxunanlar