Səid Mollayi də DÇ-də medalsız qaldı

Səid Mollayi də DÇ-də medalsız qaldı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, Azərbaycan cüdoçusu Səid Mollayi də bu gün mundialda qüvvəsini sınayıb.

81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olub. Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparıb. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olub. Bu rəqibinə isə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.

81 kq-da mübarizə aparan digər cüdoçumuz Elcan Hacıyev isə təsnifatda Laklan Murhedə (Böyük Britaniya) uduzaraq mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk üç yarış günündə mübarizə aparan 7 idmançımızdan yalnız Hidayət Heydərov medal qazanıb. 73 kiloqram çəki dərəcəsində yer alan cüdoçu bürünc mükafata sahib çıxıb. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Son xəbərlər
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
DAHA ÇOX

Ən çox oxunanlar