Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.

Sports.az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.

Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da, final mərhələsi isə 19:30-da başlayacaq.

Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

Son xəbərlər
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
DAHA ÇOX

Ən çox oxunanlar