Digər
Azərbaycan klubunda ispaniyalı baş məşqçi

06.09.2024 | 16:15
Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək MOİK-in baş məşqçisinin adına aydınlıq gəlib.
Sports.az xəbər verir ki, ordu komandasını ispaniyalı mütəxəssis çalışdıracaq.
Belə ki, Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi çalışan Alberto Blanko yüksək liqa klubunda işləyəcək.
İspaniyalı məşqçi MOİK-lə bir illik müqavilə imzalayıb.
Son xəbərlər





























