Naxçıvanda cüdo üzrə “ustad dərsi” təşkil olunub

Naxçıvanda cüdo üzrə “ustad dərsi” təşkil olunub

Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının önündə dünya çempionu Nihat Məmişov, Avropa çempionu Bahadır Feyzullayev, yığma komandanın məşqçisi Nicat Şıxalızadə və məşqçi Samir İsmayılovun iştirakı ilə cüdo üzrə "ustad dərsi" təşkil olunub.

Sports.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Azərbaycan Cüdo Federasiyasının (ACF) nüməyəndəsi Rəşad İbrahimov, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Əməkdar məşqçi Faiq İsgəndərov tədbirin məqsəd və əhəmiyyəti haqqında fikirlərini ifadə ediblər.

Qeyd olunub ki, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmana olan marağının arıtılması, ümumən idmanın inkişafı ölkəmiz üçün prioritet təşkil edir. ACF tərəfindən iki ildir icra olunan “Ustad dərsi” layihəsi regionlarda cüdonun kütləviliyinin artırılmasına xidmət edir.

Tədbiri izləyənlər arasnda Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov da olub.

"Ustad dərsi" çərçivəsində müxtəlif cüdo fəndləri uşaq və yeniyetmələrə nümayiş etdirilib. Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.

Son xəbərlər
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
DAHA ÇOX

Ən çox oxunanlar