Güləş/Cüdo
				DÇ: Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı

10.10.2022 | 12:45
					Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını medalsız başa vurub.
Sports.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Çristian Parlatiyə (İtaliya) qızıl xal bölümündə məğlub olub.
Xatırladaq ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























