Fərid Qayıbov ötən ay uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov ötən ay uğur qazanmış idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Sports.az xəbər verir ki, İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov Olimpiya Oyunlarında qazanılan nəticələr münasibətilə idmançıları təbrik edib:

"İdmançılarımızın Olimpiya Oyunlarında qazandıqları nəticələr bizi qürurlandırdı, 2 qızıl medal bizim üçün yaxşı nəticədir. İdmançılarımızı bu uğurlu nəticə münasibətilə təbrik edirəm". Daha sonra Olimpiya Oyunlarının boks üzrə gümüş medalçısı Alfonso Dominqes çıxış edərək bütün idmançılara yeni qalibiyyətlər arzulayıb.

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" dərəcələrinə layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Akrobatika gimnastikası, bədii gimnastika, batut gimnastikası, ikili mini-batut, tamblinq, akademik avarçəkmə, basketbol, boccia, boks, MMA, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, çimərlik güləşi, taekvondo, parataekvondo, parabadminton, paragüllə atıcılığı, kikboksinq idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.

Tədbirdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Son xəbərlər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar