“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər üçün ultimate frizbi təlimi

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər üçün ultimate frizbi təlimi

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və “Ultimate Azerbaijan” idman cəmiyyətinin birgə təşkilatçılığı ilə məktəblilər üçün ultimate frizbi təlimlərinə start verilib.

12 sentyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən təlim ilk olaraq Pirallahı rayonunda baş tutub.

Təlimdə “Ultimate Frisbee” idman cəmiyyətinin “Vortex” komandasının təlimçi-oyunçuları Orxan Soltanov, Lalə Tağıyeva və Əhməd Xələfbəyli iştirak edərək, məktəblilərə frizbi oyununu izah edib, onların suallarını cavablandırıblar. Daha sonra təlimçilər iştirakçıları komandalara bölərək, onlarla birlikdə oynayıblar. Sonda “Vortex” komandasının üzvləri tərəfindən məktəblilərə frizbi diski və stikerlər hədiyyə olunub.

Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdır. Bu təşəbbüs, gənclərin fiziki aktivliyini artırmaq, hərəkətli müxtəlif oyunları önə çıxarmaq və sosial əlaqələri gücləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Anar Babayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, 168 nömrəli tam orta məktəbin fiziki hazırlıq müəllimi Mikayıl Tarverdiyev iştirak edib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Mətbuat Xidməti

Son xəbərlər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar