Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün başlama tarixi və reqlamenti müəyyənləşib.

Sports.az ABL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış oktyabrın 18-də başlayacaq.

Ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən, “Cəlilabad” “Quba” klubu ilə əvəzlənəcək, “Xəzri” klubu “Naxçıvan” BK olaraq adlandırılacaq, “Xırdalan” klubu isə “Abşeron” BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda, yeni yaranmış “Ordu” və “Lənkəran” klubları da bu mövsümdən mübarizəyə qoşulacaqlar.

Yeni reqlamentə əsasən, çempionatın oyunları 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq.

Müntəzəm mövsümün oyunları “A” və “B” qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-offa vəsiqə qazanmış klublar “A” qrupunda, qalan 4 klub və yeni yaranmış iki komanda “B” qrupunda mübarizə aparacaqlar.

A qrupunda “Sabah”, “Naxçıvan”, NTD Bakı, “Abşeron”, “Neftçi” və “Sərhədçi” mübarizə aparacaq. B qrupunda isə “Sumqayıt”, “Gəncə”, “Quba”, “Şəki”, “Ordu” və “Lənkəran” klubları yer alacaq.

Müntəzəm mövsümdə “A” qrupunu ilk 3 yerdə tamamlamış klublarla yanaşı, “B” qrupunu lider kimi bitirmiş komanda pley-off ‘un 1/4 finalına vəsiqə qazanacaq. “A” və “B” qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 finalında üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların “A”, hansıların isə “B” qrupunda iştirak edəcəyi müəyyənləşəcək.
 

Son xəbərlər
“Lokomotiv”dən təkzib
Arteta “Sanderlend”in yarımmüdafiəçisini qiymətləndirdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar