Fərid Qayıbov Paris-2024-də çıxış etmiş paralimpiyaçılarla görüşüb

Fərid Qayıbov Paris-2024-də çıxış etmiş paralimpiyaçılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş milli komandanın idmançı və məşqçi heyəti ilə görüşüb.

Sports.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüşdə nazir Fərid Qayıbov idmançıları salamlayaraq, onları Paris-2024 Yay Paralimpiya Oyunlarında əldə olunan nailiyyətlər münasibətilə təbrik edib.

Nazir çıxışında Azərbaycan xalqının paralimpiyaçılarımızla qürur duyduğunu və onların qazandıqları uğurların əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə təkan verəcəyinə inandığını vurğulayıb.

Görüşdə Parisdə medal qazanmış paralimpiyaçılarımızın çıxışlarının ən maraqlı anlarını əks etdirən videoçarx nümayiş edilib. Sonra nazir müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin Prezidenti Hidayət Abdullayev və komitənin vitse-prezidenti, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək qazanılmış nəticələrlə bağlı milli komandanı təbrik edib, növbəti Paralimpiya Oyunlarında uğurlar arzulayıblar.

Tədbir idmançılarla səmimi söhbət şəraitində davam edib. Görüşdə dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən paralimpiyaçılarımıza daimi dövlət dəstəyi göstərildiyi və bu qayğı nəticəsində komandamızın Parisdə uğurla çıxış etdiyi vurğulanıb. Qeyd edək ki, Parisə 18 nəfərlə yollanan komandamız 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medal qazanıb.

Paralimpiyaçılarımızdan İmaməddin Xəlilov, Sabir Zeynalov (hər ikisi parataekvondo), Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov (hər üçü paraatletika), İlham Zəkiyev, Dürsədəf Kərimova, Xatirə İsmiyeva (hər üçü paracüdo), Vəli İsrafilov, Könül Süleymanova (hər ikisi paraüzgüçülük), Kamran Zeynalov (paraatıcılıq) çıxış edərək, öz təəssüratlarını bölüşüblər. 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XVIII Yay Paralimpiya Oyunlarında daha da uğurla çıxış etmək üçün çalışacaqlarını bildiriblər.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar