Digər
“Gəncə” heyətinə legioner basketbolçu cəlb edib

17.09.2024 | 17:15
"Gəncə" basketbol klubu heyətinə daha bir legioner cəlb edib.
Sports.az xəbər verir ki, ABŞ-dən olan Marqus Gilsonla müqavilə imzalanıb.
25 yaşlı mərkəz oyunçusu mövsümün sonunadək "Gəncə"nin uğurları üçün çalışacaq.
Gilson son mövsümü Gürcüstanda keçirib. O, "Kutaisi" ilə ölkə çempionu olub.
Son xəbərlər





























