Zuğulbada sərbəst güləş üzrə açıq məşq keçirilib

Zuğulbada sərbəst güləş üzrə açıq məşq keçirilib

Sentyabrın 14-də “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında sərbəst güləş üzrə açıq məşq təşkil olunub.

Sports.az xəbər verir ki, açıq məşqdə uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri, yeniyetmə və gənc güləşçilərdən ibarət idmançılar iştirak edib. İdmançıların yarışlara hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.

Tədbirdə iştirak edən Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, olimpiya və 3 qat Avropa çempionu, 3 qat dünya ikincisi Namiq Abdullayev, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri dünya və 2 qat Avropa çempionu Xəzər İsayev, qadın güləşi üzrə millinin böyük məşqçisi, olimpiya və 2 qat Avropa çempionu, dünya ikincisi Toğrul Əsgərov, 2 qat olimpiya mükafatçısı, 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev gənc idmançılara dəyərli məsləhətlər verib.

Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin və güləşin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili və güləşin inkişaf etdirilməsindən ibarət olub.

Tədbirin sonunda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Son xəbərlər
İlk oyunda heç-heçə
“Renn” 3 xalı tək qolla qazandı
“Piza”ya bir qol bəs etdi
“Verder”dən əzmkar qələbə
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar