NTD-nin baş məşqçisi Basketbol Liqasına hazırlığı dəyərləndirdi

NTD-nin baş məşqçisi Basketbol Liqasına hazırlığı dəyərləndirdi

NTD-nin baş məşqçisi Tahir Baxşıyev komandanın Azərbaycan Basketbol Liqasına hazırlığını dəyərləndirib.

Sports.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə danışıb.

O, məşqlərin ağır keçdiyini söyləyib: 

"Biz artıq hazırlığa başlamışıq. Komandada beş yeni legioner var. Hamısı gənc oyunçulardır. Düşünürəm ki, liqada ən gənc komanda NTD olacaq. Bu uşaqlar böyüyəcəklər. Bizim üçün çətin olacaq. Bu il çempionat daha da güclənəcək. Ancaq həmişəki kimi özümüzü göstərmək üçün hər şeyi edəcəyik. İndi ağır məşqlər edirik. Bazar günü Qalen Smit bizə qoşulacaq. O, iş prinsiplərimizi bilir. Onun üçün daha asan olacaq. Tezliklə Əkbər Məmmədov da komandaya qoşulacaq. Hazırda gənc oyunçularla işləyirik. Hamı çalışır və mən də onlardan razıyam. Gələn həftədən etibarən tam heyətlə məşqlərə başlayacağıq”.

Mütəxəssis yeni mövsümdən çempionatın daha da güclənəcəyini vurğulayıb:

“Yeni mövsümdən legioner limiti dəyişir. Çempionat daha da güclənəcək. Hətta son mövsüm autsayder olan klublar da çox artıracaqlar. İndi proqnoz verməkdə çətinlik çəkirəm. Avrokuboklarda çıxış edən "Sabah"dan başqa heç bir komanda haqqında ətraflı məlumatım yoxdur. Təbii ki, "Sabah" fərqlənir. Qalan klublar barədə hələ bir şey deyə bilmərəm. Çempionatın oyunları hər şeyi göstərəcək. Düşünürəm ki, bu çempionat daha möhtəşəm olacaq".

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Son xəbərlər
“Başakşəhər” səfərdə uduzdu
İspaniya yığması heyətini açıqladı
İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
İngiltərə yığmasının heyəti açıqlandı
Pedrinin sıraya qayıda biləcəyi tarix açıqlandı
“Ordu” “Naxçıvan”a qalib gəldi
Deku “Barselona”nın baş məşqçisinə qarşı tənqidləri cavabladı
Dembelenin sıraya qayıdacağı tarix açıqlandı
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
“Sərhədçi” ilə matçda bacardığımızı ortaya qoyduq”
Tanınmış məşqçi yenidən MLS klubunda
Sambo üzrə DÇ bu ölkədə keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
“Qəbələ” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir”
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır
“Azərbaycan Premyer Liqası çətin çempionatdır” - Saşa İliç
Azərbaycan boksçuları AÇ-yə hazırlığı Türkiyədə davam etdirəcəklər
“İmişli” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a uduzdu
Azərbaycan derbisində ən çox oynamış futbolçular
Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı planlar qurur
MY Sançodan əlini üzdü
“İmişli” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Sərhədçi” “Quba”ya qalib gəldi
“Hakimlərdən narazılığım var” - Kaskilya
Conatan Devidin “Yuventus”dakı gələcəyi ilə bağlı məlumat yayıldı
“Çempionatda ən vacib qələbələrdən birini qazandıq” - Ayxan Abbasov
“Turan Tovuz”la “Kəpəz”in əvəzedicilərindən heç-heçə
A Seriyasının oktyabr üçün ən yaxşıları
Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar