AGF daha bir güləş zalını inventarla təmin edib

AGF daha bir güləş zalını inventarla təmin edib

Azərbaycan Güləş Federasiyası (AGF) gənc kadrların üzə çıxarılması, rəqabətli mühitin yaradılması, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir.

Sports.az xəbər verir ki, AGF rəsmiləri bu tədbirlər çərçivəsində Salyan rayonunun Şorsulu kəndində yerləşən güləş zalında olub.

Xalq pəhləvanı Yaşar Cavadovun adını daşıyan idman klubu AGF tərəfindən zəruri inventarla təmin edilib. İkimərtəbəli idman zalında həm taktiki-texniki, həm də fiziki hazırlıq üzrə məşqlər keçmək üçün tələb olunan şərait yaradılıb. Salyan və Neftçala rayonunun ümumilikdə 7 kəndindən (Şorsulu, Boranıkənd, Qaçaqkənd, Qazaqbərə, Dayıkənd, Seyidlər, Sarvan) olan 80-ə yaxın yeniyetmə idmançı Salyan UGİŞM-in məşqçi-müəllimi Tural Cavadovun rəhbərliyi altında sərbəst güləşin sirrlərinə yiyələnir.

Tədbir çərçivəsində sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov, Salyan UGİŞM-in direktoru Bilal Ələkbərov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elmar Əbilov, AGF-nin regional nümayəndəsi İlham Məmmədov zalda yaradılmış şəraitlə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparılıb, məşqçilərə və idmançılara öz tövsiyələrini çatdırıblar.

Buna qədər Goranboy, İmişli və Qəbələ rayonunda güləşçilər və məşqçilərlə görüşən AGF rəsmilərinin regionlara səfəri davam edəcək.

Son xəbərlər
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
DAHA ÇOX

Ən çox oxunanlar