Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçirilir

Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçirilir

Oktyabrın 18-də Bakıda Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının beynəlxalq tibbi seminarı işə başlayıb.

Sports.az xəbər verir ki, seminarın açılışında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxış edərək bu seminarın keçirilməsi təşəbbüsü ilə ötən il EJU-ya müraciət etdiklərini bildirib və göstərilən etimada görə təşəkkür edib.

O, seminarın idman həkimləri üçün biliklərini artırmaq, təcrübə mübadiləsi aparmaq və peşəkar tibbi məsələləri müzakirə etmək üçün dəyərli bir platforma olacağını vurğulayıb. R.Rəsullu idmançıların sağlamlığının federasiya üçün əsas prioritet olduğunu qeyd edib və idmanda tibbi təcrübələrin inkişaf etdirilməsi istiqamətində səylərin davam edəcəyini diqqətə çatdırıb. ACF rəsmisi seminarın təşkilində dəstək göstərdiklərinə görə Gənclər və İdman Nazirliyinə, Azercell Telekom və Azman Holdinqə minnətdarlıq ifadə edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov seminar iştirakçıları arasında çox sayda ölkənin nümayəndəsinin olmasına diqqət çəkərək, bundan məmnunluq ifadə edib. O, Azərbaycan Cüdo Federasiyasının Paris 2024 Olimpiya Oyunlarındakı uğurunun peşəkarların fədakar əməyinin nəticəsi olduğunu vurğulayıb.

Çıxış edən EJU-nun Tibb Komissiyasının rəhbəri Envik Qalea seminarın Bakıda keçirilməyindən məmnunluğunu ifadə edərək, bu tədbirin iştirakçılar üçün yeni perspektivlər açdığını vurğulayıb. Qalea ACF-in  Beynəlxalq Cüdo Federasiyası və EJU ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb və ACF-in regional mərkəz olaraq tanındığını qeyd edib. O, Azərbaycanın idman sahəsində lider ölkələrdən olduğunu söyləyib.

Qeyd edək ki, seminar oktyabrın 19-a qədər davam edəcək.

Son xəbərlər
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
DAHA ÇOX

Ən çox oxunanlar