Azərbaycanlı məşqçi Yaponiyada beynəlxalq seminarda iştirak edir

Azərbaycanlı məşqçi Yaponiyada beynəlxalq seminarda iştirak edir

Azərbaycanlı cüdo məşqçisi Asiman Allahverdiyev Yaponiyada beynəlxalq seminarında iştirak edir.

Sports.az xəbər verir ki, seminar Kodokan institutunda və Tokai Universitetində keçirilir.

Təlim proqramı həm nəzəri, həm də praktiki biliklərin mənimsənilməsinə yönəlib və iştirakçılara cüdo təlim metodlarını, eləcə də Yapon cüdo ənənələrini öyrənmək imkanı yaradır.

Seminarda məşhur cüdo ustaları – Kodokan 8-ci dan sahibi Kenşi Mitsumoto, Olimpiya çempionu və Yaponiyanın keçmiş baş məşqçisi Kosei İnoue, həmçinin Kodokan institutunun “Nage no Kata” üzrə professoru Mikihiro Mukai təlim keçir. Asiman Allahverdiyev Yaponiyanın qadınlardan və kişilərdən ibarət əsas yığma komandasının məşqlərində iştirak edərək, Yapon cüdoçularının hazırlıq prosesini yaxından izləyir.

Seminarın yekununda iştirakçılar sertifikatla təltif olunacaq. Allahverdiyev Yaponiyada qazandığı bilikləri Azərbaycanda tətbiq edərək, ölkəmizdə cüdonun inkişafına və yeni nəsil cüdoçuların yetişdirilməsinə töhfə verəcəkdir.

Oktyabrın 3-də start götürən seminar noyabrın 4-də başa çatacaq.

Son xəbərlər
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
DAHA ÇOX

Ən çox oxunanlar