Dünya futbolu
“Mançester Siti” “Barselona”nın braziliyalı ulduzunu izləyir
23.10.2024 | 22:00
“Barselona” cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən, “blauqrana”nın braziliyalı cinah hücumçusu Rafinyanın satışı ilə bağlı mövzuda açıq olacaq.
Sports.az xəbər verir ki, Kataloniya klubunu buna klubun maliyyə vəziyyəti təhrik edir.
Rafinya ilə maraqlanan klublardan biri də “Mançester Siti”dir. Eyni zamanda, 27 yaşlı braziliyalı ulduzun Səudiyyə Ərəbistanı klublarının da çoxdan maraq dairəsində olduğu vurğulanır.