Dünya futbolu
“Bayer” Xabi Alonsoya əvəz tapıb
23.10.2024 | 21:00
“Bayer”in baş məşqçisi Xabi Alonsonun gələn yay Leverkuzeni tərk etmək ehtimalı yüksəkdir.
Sports.az xəbər verir ki, “Real” və “Mançester Siti” ispan mütəxəssisin təyinatında maraqlıdırlar.
“Əczaçılar” Xabi Alonsonun yerinə iki mütəxəssis müəyyənləşdiriblər: Almaniya yığmasının məşqçilər qərargahından Sandro Vaqner və “Ştutqart”dan Sebastyan Höness. Hər iki alman mütəxəssis öz işində yüksək peşəkarlıqla seçilir. Amma “Bayer”in məşqçilərlə əlaqə yaradıb-yaratmadığı haqda məlumat açıqlanmır.