Dünya futbolu
Rafinya “Bayern”lə qarşıdakı oyunu şərh etdi
23.10.2024 | 08:30
“Barselona”nın braziliyalı hücumçusu Rafinya Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Bayern”lə baş-başa oyundan əvvəl, “blauqrana”nın Almaniya nəhəngi ilə son oyunlarındakı zəif çıxışlarını vurğulayıb.
Sports.az xatırladır ki, “Bayern” və “Barselona” arasında keçirilmiş son 6 oyunda top fərqi 22:4 nisbətində Almaniya nəhənginin xeyrinədir.
“Mən bu oyunu intiqam səbəbi olaraq görmürəm. Nə olubsa, olub ötüb. “Bayern”ə qarşı son bir neçə oyunun necə nəticələndiyinə görə, bu, utancvericidir, amma biz bütün diqqətimizi cari oyuna yönəltmişik. “Barselona” üç xal qazanmaq niyyətindədir”.