Dünya çempionatında daha 2 gümüş və 1 bürünc medal

Dünya çempionatında daha 2 gümüş və 1 bürünc medal

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, mundialın 5-ci günündə sərbəst güləş mübarizəyə start verilib.

Ruslan Abdullayev (61 kq) yarışa inamlı start verib. Həmyerlimiz albaniyalı Endroi Avdyli (11:0) və kanadalı Fotis Papadopoulosa (tuş) vaxtından əvvəl qalib gəlib. Ukraynalı Mikita Abramovla görüş gərgin mübarizə şəraitində keçsə də, yekunda güləşçimiz sevinən tərəf olub – 3:1. Abdullayev yarımfinalda hindistanlı Abişek Dakaya heç bir şans tanımayıb – 11:1. Ruslan finalda rusiyalı Başir Maqomedova 0:4 hesabıyla məğlub olub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.

Cəbrayıl Qadjiyev (74 kq) almaniyalı Satas Volfa 9:3 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Orozobek Toktomambetova 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşə çıxıb və türkiyəli İsmet Çiftçini mübarizədən kənarlaşdırıb – 11:3. Cəbrayıl bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı İsmayıl Xaniyevə 8:6 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) almaniyalı Coşua Morodionla (11:0) qvatemalalı Kaser Estradaya (11:0) tam üstünlüklə qalib gəlib. Djioyev 1/4 finalda hindistanlı Dipak Dipaka da heç bir şans tanımayıb – 8:0. Təmsilçimiz yarımfinalda yaponiyalı Yuday Takahaşidən güclü olub – 2:1.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda yunanıstanlı Qkivi Bliatzeyə 9:11 hesabıyla məğlub olub.

Aydın Əhmədov (125 kq) çinli Jinhai  Vanqa (11:0), polşalı Mişel Dubovskiyə (5:4) və yaponiyalı Toyoki Hamadaya (4:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Alen Xubulovla bacarmayıb – 0:10. Əhmədov bürünc medal uğrunda görüşdə isə ukraynalı Volodimir Koçanova (0:11) uduzub.
 

Son xəbərlər
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
DAHA ÇOX

Ən çox oxunanlar