Güləş/Cüdo
				DÇ: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu

16.10.2022 | 22:39
					Sabah İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.
Sports.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
Püşk nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.
Sabah Nihad, Ziya, Laçın və Sərxan mübarizəyə başlayacaq. Görüşlər Bakı vaxtı ilə 13:00-da start götürəcək.
55 kq
1/4 final
Nihad Quluzadə - Artyom Deleanu (Moldova)/Giorgi Toxadze (Gürcüstan)
60 kq
Təsnifat mərhələsi
Nihat Məmmədli - Oljas Sultan (Qazaxıstan)
63 kq
1/8 final
Ziya Babaşov - Endi Xuan Suç (İspaniya)
72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov - Yanis Nifri (Fransa)
87 kq
1/8 final 
Laçın Vəliyev - Andreas Vaelis (Estoniya)
130 kq
1/8 final
Sərxan Məmmədov - Damir Zuparov (Qazaxıstan)
Son xəbərlər
		
									
									
									
									
									
									




























