“Möhtərəm Prezident digər idman növləri kimi cüdoya da daim dəstək olur” - Azər Əsgərov

“Möhtərəm Prezident digər idman növləri kimi cüdoya da daim dəstək olur” - Azər Əsgərov

Bu gün Beynəlxalq Cüdo Günüdür.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012”nin yaradıcısı Azər Əsgərov bu münasibətlə fikirlərini bildirib.

Sports.az sizi həmin fikirlərlə tanış edir:

"Bu günü – 28 Oktyabrı cüdoçular ən əlamətdar gün, bayram kimi qeyd edirlər. Cüdonun yaradıcısı, böyük ustad, maarifçi-alim Ciqaro Kano 1860-cı ilin məhz bu günü Yaponiyada dünyaya gəlib. Dünya döyüş sənətinə misilsiz töhfə verən bir insan kimi onun xatirəsi cüdoki geyib tatami üzərinə çıxan hər kəs üçün əzizdir, undulmazdır.

Azərbaycanda da cüdonun öz tarixi vardır və minlərlə həmvətənimizin taleyində olduğu kimi, şəxsən mənim də həyatımda bu idman növünün misilsiz rolu var. Ölkəmizdə cüdonun yaranmasında və inkişaf etdirilməsində mühüm xidmətlər göstərmiş şəxsləri – onlardan haqqa qovuşanları da var, bu gün sıralarımızda olanları da – bu əlamətdar gündə hörmət və ehtiramla xatırlayırıq.

Mən özümü çox şanslı hesab edirəm ki, cüdonun sirlərini həmin şəxslərdən biri olan, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin kavaleri, əziz müəllimim Tərlan Həsənovdan öyrənmişəm və bu gün də onunla hər görüşüm mənim üçün dəyərlidir.

Azərbaycan cüdosu diqqətəlayiq, sanballı nailiyyətləri ilə bizi sevindirir. Dörd Olimpiya çempionumuzun – Nazim Hüseynovun, Elnur Məmmədlinin, Hidayət Heydərovun və Zelim Kotsoyevin, həmçinin Olimpiya medalçılarımız Rüstəm Orucovun, Elmar Qasımovun, Mövlud Mirəliyevin, ikiqat Paraolimpiya çempionumuz İlham Zəkiyevin, Paralimpiya çempionu Ramil Qasımovun, dünya və Avropa çempionlarımızın adları ölkəmizin idman tarixində xüsusi yer tutur.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan cüdo üzrə də ən mötəbər yarışlara ev sahibliyi edir. 2018-ci ildə dünya çempionatı Bakıda keçirilib, 2026-cı ildə də paytaxtımız növbəti dəfə dünya cüdoçularını qəbul edəcək.

Ölkəmizdə cüdonun inkişafına dövlət qayğısı var, möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev, digər idman növləri kimi, cüdoya, cüdoçulara daim dəstək olur.

Təsisçisi olduğum “Judo Club 2012” idman klubunun da Azərbaycan cüdo ailəsinin üzvü kimi əldə etdiyi nailiyyətlərdən qürur duyuram. Klubumuzda bütün yaş qrupları üzrə bölmələr fəaliyyət göstərir, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının üzvləri üçün də burda zəruri şərait yaradılıb. Fəaliyyətimizdə Azərbaycan Cüdo Federasiyasının, onun rəhbərliyinin, İcraiyyə Komitəsinin diqqət və qayğısını daim hiss edirik.

Bu əlamətdar gündə Azərbaycan cüdosu ilə bağlı yazmağa, danışmağa çox söz var. Bəlkə də bir kitaba sığmayacaq qədər… Ancaq bu bir bayram təbirikidir və ürək sözümü bütün cüdosevərlərə çatdıraraq deyirəm: Dünya Cüdo Günümüz mübarək! Hər kəsə sağlam və uzun ömür, qələbə sevincləri arzulayıram!"

Son xəbərlər
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
DAHA ÇOX

Ən çox oxunanlar