Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb

Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Biləcəri qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Sports.az xəbər verir ki, bununla əlaqədar noyabrın 6-da qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmi şəxslər cüdo zalına baş çəkərək orada yaradılan şəraitlə tanış olublar.

Cüdo zalında 320 kv.m sahəsi olan “dojo” (cüdo məşq zalı) və 75 kv.m sahəsi olan fiziki hazırlıq zonası mövcuddur. Cüdo zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın “Zebra” şirkətinin tatamiləri, fiziki hazırlıq zonası uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları ilə təchiz edilib. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

Rəsullu bildirib ki, ACF-nin fəaliyyətində əsas istiqamətlərdən biri ölkədə mövcud olan cüdo məşq zallarının maddi-texniki bazasının təkmilləşdirilməsidir:

“Bakı şəhərinin ən iri qəsəbələrindən olan və 50 mindən çox əhalinin yaşadığı Biləcəridə ən müasir standartlara uyğun cüdo zalının fəaliyyətinin təmin edilməsi federasiyanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihədir. Əminik ki, yeni fəaliyyətə başlayan cüdo zalı qəsəbədə yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq”.

Qeyd edək ki, ACF 2022-ci ildən etibarən Bakı və regionlarda 100-ə yaxın cüdo zalını 6,500 tatami ilə təmin edib və 1,300 idmançının ödənişsiz məşq keçməsinə şərait yaradıb. Həmçinin federasiyanın maliyyə dəstəyi ilə Sumqayıtda, Gəncədə, Zaqatalada və Qusarda regional təlim-məşq mərkəzləri fəaliyyətə başlayıb, Ağstafa, Sabirabad, Qazax, Zəngilan rayonunun Ağalı kəndi və Bakının Zirə qəsəbəsində cüdo zalları təmir edilərək istifadəyə verilib.

Növbəti ildə isə federasiyanın fəaliyyət proramına uyğun olaraq, təxminən 50 cüdo zalının daha 4,000 tatami ilə təmin edilməsi, həmçinin İmişli, Şabran, Qax və bir sıra digər rayonlarda yeni cüdo zallarının fəaliyyətə başlaması planlaşdırılır.

Son xəbərlər
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
DAHA ÇOX

Ən çox oxunanlar