Məşqçilərin Ümumrespublika seminarı davam edir

Məşqçilərin Ümumrespublika seminarı davam edir

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

Sports.az xəbər verir ki, seminarın növbəti mərhələsi Şirvan şəhərində keçirilib.

Adı çəkilən şəhərlə yanaşı, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının güləş üzrə məşqçi-müəllimlərinin iştirak etdiyi tədbirin nəzəri hissəsi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin akt zalında keçirilib. İdarənin idman şöbəsinin müdiri Rövşən Mehrəliyev qonaqları salamlayıb, Azərbaycan Güləş Federasiyasına (AGF) bu seminarın təşkilinə görə təşəkkürünü bildirib və bu seminarın bölgə məşqçilərinin inkişafına böyük töhfə verəcəyini deyib.  AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiya tərəfindən görülmüş işlərdən və qarşıdakı planlardan danışıb. Yeniyetmə və gənc qızlardan ibarət millinin böyük məşqçisi Rövşən Umudov və yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Zöhrab Abbasov yerli məşqçilərlə təcrübələrini bölüşərək, tövsiyələrini çatdırıblar. I-S kateqoriyalı hakim Sədi Quliyev müxtəlif yarışlarda keçirilmiş görüşlərdə mübahisə doğuran epizodları şərh edib. Öz növbəsində yerli mütəxəssislər bölgənin mövcud problemlərini və təkliflərini diqqətə çatdırıblar.

Seminarın praktiki hissəsi Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Burada Sədi Quliyev xalçada bir neçə məqamı hakim gözüylə izah edib. Rövşən Umudov sərbəst, Zöhrab Abbasov isə yunan-Roma güləşçilərinə nümunəvi məşq keçib.

Növbəti belə seminar noyabrın 14-də Qubada keçiriləcək.

Son xəbərlər
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
DAHA ÇOX

Ən çox oxunanlar