Qurban Qurbanov dünya çempionu oldu!

Qurban Qurbanov dünya çempionu oldu!

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub. 

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. Məmmədli 1/8 finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Milli üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabıyla qalib gələrək finala adlayıb. Məmmədli həlledici görüşdə türkiyəli tanınmış güləşçi Kerem Kamala məğlub olaraq (0:8) gümüş medal qazanıb.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Qurban sonadək üstünlüyünü qoruyub və 8:2 hesablı qələbəylə dünya çempionu olub.

Beləliklə, dünya çempionatına 6 idmançıyla yollanan yunan-Roma güləşi üzrə milli mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.

Son xəbərlər
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
DAHA ÇOX

Ən çox oxunanlar