Sumqayıtda güləş məşqçilərinin seminarı keçirildi

Sumqayıtda güləş məşqçilərinin seminarı keçirildi

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

Sports.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Sumqayıt şəhərində keçirilib.

Tədbirdə Sumqayıtla yanaşı, Abşeron, Xızı, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçından olan güləş üzrə məşqçi-müəllimlər iştirak edib. Seminarın nəzəri hissəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında keçirilib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Vahid Abdullayev və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Zakir Məmmədov çıxış edərək Azərbaycan Güləş Federasiyasının bu layihəsinin önəmindən danışıblar və davamlı olmasını diləyiblər. Azərbaycan Güləş Federasiyasının (AGF) regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov son zamanlar bu idman növünün inkişafı üçün atılmış addımlara və gələcək planlara toxunub. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hakimliklə bağlı müəyyən qaydaları məşqçilərin diqqətinə çatdırıb. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Rövşən Hacıyev həmkarlarıyla təcrübələrini bölüşüblər. I-S kateqoriyalı referi Sədi Quliyev mübahisə doğuran görüşlərin videolarının nümayişi fonunda verilən qərarları təhlil edib.

Seminarın praktiki hissəsi isə “Alüminiumçu” İdman Evində baş tutub. R.Hacıyev sərbəst, R.Bayramov isə yunan-Roma güləşi üzrə fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 20-də Mingəçevir şəhərində keçiriləcək.
 

Son xəbərlər
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
DAHA ÇOX

Ən çox oxunanlar