Daha nağıllara inanmıram mən!

Daha nağıllara inanmıram mən!

Uşaq yaddaşımı qanatdı, getdi
Daha nağıllara inanmıram mən

Nüsrət Kəsəmənli

Futbola nə vaxt aşiq olduğumu unutmuşam. Dəqiq xatırladığım bir rəsmi oyunu ilk dəfə stadiondan izlədiyim matçda millimiz tarixində ilk rəsmi qələbəsini qazandı - İsveçrəni 1:0 uddu. 

Stadiondan baxdığım ikinci oyunda "Neftçi" - Sofiya "Lokomotiv"inə 2:1 qalib gəldi. Bu qələbə də tarixi idi - bir klubumuz ilk dəfə avrokuboklarda qələbə qazanırdı.

Bundan sonra yaşadığım Gədəbəydən millimizin bütün oyunlarına gəlməyə başladım. 

Milli futbolçularımızın demək olar, hamısı ilə fotolarım var. 

Amma bu futbolçular mənim uşaqlıq xəyallarımı puç etdilər, millimiz və klublarımız qitədə qapazaltı oldu...

Tale elə gətirdi ki, böyük oğlumu nə qədər uzaq saxlamağa çalışsam da, o da futbolu dəlicəsinə sevir. Azərbaycan futbolu indi də onun xəyallarını puç edir.

Fernandu Santuş da deyir biz 4 il sonra Avropa Çempionatının finalına yüksələcəyik. 

Nəynən, Alış?! Nəynən, Santuş?!

Daha nağıllara inanmırıq!

İsveçin "Brommapoykarna" Futbol Akademiyasının 2 yetirməsi 1 oyunda milli komandamızın qapısına 6 qol vurdu!

Bir ölkənin uşaq futbolu olmadan heç vaxt böyük futbolu ola bilməz! Bu aksiomadı!

Azərbaycanda böyük futboluna yatırılan pullar öncə uşaq akademiyalarının qurulmasına, infrastrukturun yaradılmasına sərf edilməlidi. Bunu az qala 30 ildir deyirik, yazırıq. Amma nə fayda?

Bizim, uşaqlarımızın xəyallarını puç etdiniz, heç olmasa gələcək nəsilləri düşünün...

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar