Güləş/Cüdo
Azərbaycan millisi DÇ-də 4-cü oldu
20.10.2022 | 20:21
İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Sports.az xəbər verir ki, mundiala böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 6 güləşçiylə yollanan Azərbaycan millisi 3 medal qazanıb.
Qurban Qurbanov (72 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) isə gümüş medal qazanıblar. Nəticədə yığmamız 89 xalla komanda hesabında 4-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan millisi medalların əyarına, toplanan xallara və komanda hesabında tutduğu yerə görə öz nəticəsini yaxşılaşdırıb.