Kənan Heybətov və İslam İlyasov dünya üçüncüsü oldu

Kənan Heybətov və İslam İlyasov dünya üçüncüsü oldu

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 5-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün Tofiq sabah ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.

Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb – 8:1. Gənclər arasında dünya çempionumuz 1/8 finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub – 4:5. Rəqib finala yüksəldiyi üçün Heybətov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Kənan bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetov 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub. 

Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabıyla məğlub olub.

İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib. İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub - 2:10. İslam bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliyə 7:0 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Son xəbərlər
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
Günün oyunları – TV
Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilir
Futzal və voleybol millilərimiz İslamiadada mübarizəyə başlayır
“Roma” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlara başladı
“Real”ın hücumçusunun durumu qeyri-müəyyəndir
“Bayern” Upamekanonu saxlamaq üçün bütün imkanlarını səfərbər edəcək
Kimpembe PSJ-dən ayrıldığına təəssüflənirmi?
“Tuluza”nın yarımmüdafiəçisi irqi zəmində təhqirdə şübhəli bilinir
Akanci “İnter”də qalacaqmı?
DAHA ÇOX

Ən çox oxunanlar