Digər
ABL: 8-ci tura start verilir

20.12.2024 | 12:15
Azərbaycan Basketbol Liqasında 8-ci tura bu gün bir oyunla start veriləcək.
Sports.az xəbər verir ki, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək.
“Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var.
8-ci turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.
Son xəbərlər





























