“Sabah” bizə qarşı çox sərt oynadı”

“Sabah” bizə qarşı çox sərt oynadı”

"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının 8-ci turunda "Sabah"la matçdan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlamasında mütəxəssis hakimlərin sərt oyuna göz yumduğunu vurğulayıb:

"Sabah"ın bu liqanın ən keyfiyyətli komandası olması danılmaz faktdır. Buna qədər bir neçə oyunda meydana ciddi itkilərlə çıxırdılar. Amma bu dəfə tam heyətlə çıxış etdilər. Xüsusilə, Hassani Qravetin geri dönməsi rəqibin bir çox əsas problemlərini aradan qaldırdı. Daha bir nüans isə "Sabah"ın son görüşü məğlub başa vurması idi. Məhz buna görə bizə qarşı çox sərt oynadılar. Oyun qaydalarının icazə verdiyi həddən də bir qədər sərt. Hakimlər də buna icazə verdi. Reallıqda qarşılıq verib o tərzdə oynamalıydıq. Lakin bunu bacarmadıq".

Türkiyəli mütəxəssis rəqibin onlara dərs verdiyini söyləyib:

"Konsentrasiyanı ilk və ikinci hissələrdə itirdik. Sonradan toparlansaq da bu qədər fərqlə önə keçən "Sabah"a qarşı oyunu çevirmək mümkünsüz idi. Liqada digər komandalar bərabər səviyyəlidir. Onlarla oyunlarda belə fərqləri qapamaq olar, amma "Sabah"a qarşı bu, mümkünsüzdür. Bizə yaxşı dərs verdilər. Mənim və oyunçularım üçün bəzi məğlubiyyətlər xoş gəlir. Bunlardan nəticə çıxarırıq. Belə məğlubiyyətin də o qəbildən olduğunu düşünürəm. "Naxçıvan"la matçımız var və bu nəticənin bizə müsbət təsirlərinin olacağını düşünürəm. Amma hər zaman dediyim kimi günlük performanslar çox vacibdir. Oyunlara rəqibin kimliyinə önəm vermədən hazırlaşırıq. Belə fərqlə məğlubiyyətə rəğmən pis durumda deyilik. Hədəfimiz ilk "üçlük"də qalmaqdır və bunu bacaracaq heyətimiz var".

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun "Sabah" - "Abeşron" matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar