İlin son akkordları

İlin son akkordları

İli Tovuz-Şamaxı səfəri ilə bitirdik. 

Tovuzda bir-birindən maraqlı iki oyuna - "Kəpəz" - "Sumqayıt" və "Turan Tovuz" - "Neftçi" qarşılaşmalarına şahidlik etdik. Hər iki matçda qərb təmsilçiləri qələbəyə yaxın olsa da, yekunda heç-heçə qeydə alındı. 

İki gənc və perspektivli məşqçinin - Azər Bağırov və Vaqif Cavadovun bir-birinə qarşı ilk görüşündə qol vurulmadı. 

"Kəpəz"in demək olar ki, birqapıya oynadığı matçda gəncəlilərin bəxti gətirmədi. Burda "Kəpəz"in futbolçularının yarıhəvəskar səviyyədə olması nəticəyə təsir edən əsas amil idi. Nominal meydan sahibləri çoxlu qol epizodu yaratsa da, həlledici zərbəni vura bilmədilər. 
Etiraf etmək lazımdı ki, "Sumqayıt"ın futbolçularının, xüsusən legionerlərinin səviyyəsi də yüksək deyil. 

Qış fasiləsində hər iki komandanın əsaslı şəkildə güclənməyə ehtiyacı var.

"Turan Tovuz" və "Neftçi" də güclənməli klublardandı. Kurban Berdiyevin komandası son turda Azər Bağırovun kollektivi qədər böyük üstünlüyə malik olmasa da, "ağ qaralar"la oyunda əzmkar qələbəyə yaxın idi. 

Amma etiraf etmək lazımdı ki, "Turan Tovuz"un da futbolçularının keyfiyyəti böyük məqsədlər üçün mübarizə aparmağa yetmir. Buna görə də, tovuzlu azarkeşlərin ikinci hissədəki möhtəşəm dəstəyinə rəğmən meydan sabibləri 3 xal qazana bilmədi.

Şamaxıda keçirilən "Şamaxı" - "Sabah" oyununda isə əsl sensasiya qeydə alındı. Ayxan Abbasov Vasili Berezutskini baş məşqçi kimi məğlub edən ilk məşqçi kimi tarixə düşdü. Abbasov kiçik büdcəylə əla komanda formalaşdıra bilib. "Sabah" kimi güclü rəqib üzərində qələbə bunun növbəti nümunəsi idi.

Sözsüz ki, idman jurnalistlərinin regionlardakı oyunlara səfərləri PFL-in dəstəyi olmadan bu qədər kütləvi hal almazdı. Yalnız bu məqama görə yox, ümumiyyətlə, PFL-in gördüyü işlər təqdirəlayiqdi. Bu təşkilatın fəaliyyətində keçmiş media nümayəndələrinin xüsusi rol oynaması şəxsən mənim üçün ikiqat qürurvericidi. 
 
Vicdanla çalışan, dövlətə fayda verən hamını qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar