Dadaşbəyli ilin idmançısı seçildi

Dadaşbəyli ilin idmançısı seçildi

Bu il Avropa çempionu adını qazanmış, dünya çempionatının gümüş medalçısı Dadaş Dadaşbəyli Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən ilin idmançısı seçilib.

Sports.az xəbər verir ki, o, AAF-ın ilin yekunlarına aid tədbirində bu ada layiq görülüb.

Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Sənaye Korporasiyasının baş direktoru və AAF-ın prezidenti Kamran Nəbizadə giriş sözü ilə çıxış edib.

Federasiyanın 2024-cü ildə qazandığı nailiyyətlərdən danışan Kamran Nəbizadə, idmana dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. O, ağırlıqqaldırma növündə qarşıya böyük hədəflərin qoyulduğunu xatırladaraq, cari ildə qazanılmış uğurların davamlı olacağına inandığını ifadə edib.

Daha sonra çıxış üçün söz, AAF-ın vitse-prezidenti Firdovsi Umudova verilib. Umudov bu il Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyalarının prezidentlərinin ölkəmizə səfərlərini xatırladıb. O qeyd edib ki, Avropa Ağırlıqqaldırma Akademiyasına ev sahibliyinin Azərbaycana verilməsində, adı çəkilən qurumlarla beynəlxalq əlaqələrin peşəkar səviyyədə qurulmasının böyük rolu olub.

Daha sonra 2024-cü ildə fərqlənmiş idmançı və məşqçilərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Dadaş Dadaşbəylinin təltif edilməsindən sonra onun yarışlara hazırlanmasında xüsusi əməyi olan yığma komandanın böyük məşqçisi Asif Məmmədov ilin məşqçisi nominasiyası təqdim edilib.

Yığma komandanın baş məşqçisi Maxtı Makkayev federasiyadakı səmərəli fəaliyyətinə görə fərqlənib. Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi Səfərli isə ağırlıqqaldırma idman növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar