İTV ilin telekanalı seçildi

İTV ilin telekanalı seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2024-cü ilin qaliblərini açıqlayıb.

Sports.az xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.

AİJA Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisidir.

2024-cü ilin idman laureatları

İlin idman xadimi - Rəşad Rəsullu (Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti)

İlin idmançısı

Kişilər

Hidayət Heydərov (cüdo)

Zelim Kotsoyev (cüdo)

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Qadınlar

Lamiyə Vəliyeva (paraatletika)

Ülviyyə Fətəliyeva (şahmat)

Jalə Əliyeva (güləş)

İlin idman jurnalisti – Gəray Qiyasov (“Real TV”)

İlin idman vloggeri – Orxan Sübhan

İlin televiziya aparıcısı – Aidə Əliyeva (“CBC Sport”)

İlin fotoreportyoru – Elşən Ağalarov (“Xalq qəzeti”)

İlin məşqçisi – Riçard Trautman (kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi)

İlin hakimi – Asif Şirəliyev (güləş)

İlin federasiyası – Azərbaycan Cüdo Federasiyası

İlin informasiya agentliyi – Azərtac

İlin telekanalı – İctimai Televiziya

İlin qəzeti – "Olimpiya dünyası"

İlin saytı

İdman - Fanat.az

İctimai-siyasi – Report.az

Qeyd edək ki, Azərbaycan idmançıları 2024-cü il ərzində Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc əyarlıdır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, Paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda iştirakı təmin edilib.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar