Hidayət Heydərov IJF-nin sorğusunda liderlər sırasındadır

Hidayət Heydərov IJF-nin sorğusunda liderlər sırasındadır

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıblar.

Sports.az IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.

Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə birincidir.

Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədir.

Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdir.

Zelim Tskayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri isə "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədir.

Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq. 2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində alacaqlar.
 

Son xəbərlər
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
DAHA ÇOX

Ən çox oxunanlar