"Samir Abasovun “Neftçi”dən gedişinə əsas səbəbkar özü oldu”

"Neftçi" məlum baş məşqçi dəyişikliyindən sonra Konfrans Liqasına uğursuz start verdi.

Sports.az xəbər verir ki, Samir Abasovu əvəzləyən Laurentsiu Regekampfın komandası “Aris”lə səfər matçında varlıq göstərə bilmədi. Bu məsələ ilə bağlı klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun fikirlərini öyrəndik:

“Gözləmədiyimiz halda Konfrans Liqasına uğursuz başladıq. Halbuki yetərincə səviyyəli futbolçular transfer olunub. Bilmirəm, məşqlərdə yüklənmələr olub, yoxsa oyuna lazımi motivasiya olmayıb... İstənilən halda, uğursuz başlamamalıydıq. Hamılıqla cavab qarşılaşmasında "Neftçi"dən gözləntimiz ancaq qələbədi. Başda Çingiz müəllim olmaqla Müşahidə Şurasının bütün üzvləri matçı canlı izləyəcək. Ümid edirəm ki, komanda ilk 15 dəqiqədə hesabı açıb, qapının toxunulmazlığını qorumaqla fərqi artıracaq və mərhələni keçəcək”.

Veteran futbolçu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf haqda bunları söylədi:

"Rumıniyalı mütəxəssislə bağlı hələ ki çox danışa bilmərəm. Çünki onunla ünsiyyətim olmayıb, məşqlərini də canlı izləməmişəm. Sabah onun fəaliyyətinə diqqət yetirəcəm".

Müşahidə Şurasının üzvü Samir Abasovun istefaya göndərilməsinə isə belə münasibət bildirdi:

"Samir Abasovun “Neftçi”dən gedişinə əsas səbəbkar özü oldu. Həm oyun planında komandanı enişə apardı, həm də azarkeşlərin etirazına sərt təpki verdi. Bu da azarkeşlərin narazılığına səbəb oldu. Onlar bununla bağlı kluba da çoxsaylı şikayət etdilər. Odu ki, Samir Abasovla yolları ayırdıq. Bu haqda çox danışmağa ehtiyac yoxdu. Hazırda "Neftçi"nin “sükanı arxasında” Regekampfdı. Rumıniyalı mütəxəssisin işində nə qədər səriştəli olduğunu gələcək göstərəcək". (Futbol+)

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar