“Birinci pillədə olmağa layiq komandayıq”

“Birinci pillədə olmağa layiq komandayıq”

"Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Abşeron"a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun təxirə salınmış oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Hər şeydən əvvəl "Abşeron"u təbrik edirəm. Həqiqətən yaxşı mübarizə apardılar. Onların bu mövsüm missiyası gəncləri yetişdirmək, həm də çempionatda yaxşı oyun sərgiləməkdir. Bunu da bacarırlar. Rəqib komandanın baş məşqçisi Erhan Tokeri və kollektivini təbrik edirəm. Bu gün turnir cədvəlində lider mövqeyindəyik. Birinci pillədə olmağa layiq komandayıq. İlk yarıda həqiqətən yaxşı oynadıq. Amma sevincimizi bu gün yaşayacağıq, sabahdan etibarən isə növbəti həftə oynayacağımız "Neftçi" ilə matça hazırlaşacağıq. Önəmli olan ilk yarını yox, mövsümü lider bitirməkdir. İkinci yarıda kubok və pley-off görüşləri də var".

"Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.
 

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar