Juninyonun rekord transfer məbləği

Juninyonun rekord transfer məbləği

Ötən ilin mayında "Four Seasons" otelində keçirilən "Sports.az Awards 2023/2024" mükafatlandırma mərasimində Sports.az saytının versiyasına görə "Mövsümün ən yaxşı futbolçusu" kimi səhnəyə çıxan Olavio Juninyonun "Qarabağ"dan gedəcəyi gözlənilən idi. 

Juninyo Azərbaycana gəlmiş ən keyfiyyətli legionerlərdən idi və ötən mövsüm avrokuboklarda sərgilədiyi performansdan sonra "Qarabağ"ın onu saxlaya bilməsi əsl gözlənilməzlik sayıla bilərdi. 

Juninyo "Qarabağ"ın ötənmövsümkü uğurlarında ən böyük payı olan futbolçu idi. Komandada olduğu ilyarımda keçirdiyi təxminən 80 oyunda 40-dan çox qol vurmağı bacardı. 

Bu qolların arasında elə gözəl və vacibləri var ki, ömürlük unudulmayacaq. Xüsusən də avrokuboklarda vurduqları. "Hakken"ə İsveçdə, "Molde"yə Norveçdə, "Braqa"ya Portuqaliyada, "Bayer Leverkuzen"ə Avropa Liqasının 1/8 mərhələsində Almaniyada və Azərbaycanda vurduğu qollar bu siyahıdadı. 

Juninyonun Azərbaycanda olduğu müddətdə adının 1 dəfə də olsun hansısa mənfi olayda çəkilməməsi onun həm də insani keyfiyyətlərinə işarədi. 

Bir dəfə təsadüfən kimsə lavaşda dönər aldığını çəkib sosial şəbəkələrdə paylaşandan sonra "Qarabağ"ın dietoloqu İlqar Şamilov mediaya açıqlama vermək məcburiyyətində qalmışdı. Juninyonun formasına ciddi fikir verdiyini və daim inkişaf etdiyini, lavaşda dönər yeməyində bir qəbahət olmadığını demişdi.

...Onda Allah vergisi istedad vardı. Amma "Qarabağ"a gələnəcən tam aça bilmirdi. 
Qurban Qurbanov və komandasının sayəsində, sözsüz ki, həm də braziliyalının öz zəhmətinə görə 2023-ün iyulunda gəldiyi "Qarabağ"da dəyərini təxminən 10 dəfə artırdı. 
Məşhur "transfermarkt" saytı "Qarabağ"ın ilyarım öncə Juninyonu 450 min avroya aldığını və indi "Flamenqo"ya 5 milyon avroya satdığını yazır. 

Azərbaycan futbolunda yaxın zamanda qırılması çətin görünən rekorddu. 

Bundan öncəki rekord da "Qarabağ"a məxsusdu. Komandanın o zamankı lideri Kadi Ağdam təmsilçisindən "Krasnodar"a həmin "transfermarkt"a inansaq 2 milyon avroya keçib.

Əlbəttə, könül istərdi ki, Juninyo Azərbaycan Premyer Liqasından dünyanın TOP 5 liqalarından birinə yollanan ilk futbolçu kimi adını futbol tariximizə yazdırsın. Amma onu da qınamaq olmaz. Futbolçu karyerası uzun deyil və doğma Braziliyasının ən yaxşı klublarından biri "Sevilya"dan 3 dəfə artıq maaş təklif edirsə, doğru qərar vermək məsuliyyəti 28 yaşlı Juninyonun öz üzərindədi.

Sonda "Qarabağ"ı, komandanın rəhbərliyini, məşqçilərini, seleksiya işini görənləri bu əla işə görə təbrik edib, "Sükanı belə saxlayın!" deyək və çempionumuza qarşıdan gələn avrokubok sınağında, Juninyoya isə "Flamenqo"da uğurlar arzulayaq!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar