“Mövsüm bitmədən onları məğlub etmək istəyirik”

“Mövsüm bitmədən onları məğlub etmək istəyirik”

“Əslində bu oyuna çox yaxşı hazırlaşmışdıq”.

Sports.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya “Sabah”la keçirdikləri matç haqqında deyib.

Mütəxəssis bildirib ki, komandası rəqibin zəif cəhətlərindən xəbərdar olub: “Müdafiədən istifadə edib hücum şanslarımızı dəyərləndirə bilmədik. Çox bəsit hücum xətaları etdik. Həqiqətən bundan öncəki matçdan daha yaxşı oynadığımızı düşünürəm. Daha güclü idik, daha estetik çıxış etdik. Epizodlarımızı doğru dəyərləndirə bilmədik. Uzun basketbolçularımızdan istədyimizi ala bilmədik. Düzdür, Anvar Asan hardasa bir az effektiv oldu. Amma bəzi oyunçularımız yaxşı olsa da, digərləri çox bəsit səhvlər etdilər. Ötürmələrdə səhvlər oldu. Edəcək bir şey yoxdur".

Baş məşqçi oyunçularının əllərindən gələni etdiklərini vurğulayıb: "Matçın sonlarına yaxın önə keçdik, orda vəziyyəti qoruyub saxlamalı idik. Amma rotasiya səhvləri ilə üstünlüyü əldən verdik. Təəssüf ki, alınmadı. Uşaqları təbrik edirəm, əllərindən gələni etdilər. “Sabah” yaxşı büdcəyə malik güclü komandadır. Amma biz də yavaş-yavaş inkişaf edirik. Ümid edirəm ki, pley-off başlayana qədər komandanı ən üst səviyyəyə gətirəcəyik. İki oyunçu xəstə olduğu üçün məşqlərə qatılmırdı. Tam gücümüzlə çıxış edə bilmədik. “Üçlük”lərdə də çox keyfiyyətli olmadıq".

Evren Alkaya məğlubiyyətdə bəsit səhvlərin həlledici rol oynadığını önə çəkib: “Bir az daha yaxşı oynasaydıq, qazanardıq. “Sabah” vacib matçlardan birini qazandı. Mövsüm bitmədən onları məğlub etmək istəyirik. Yaxşı komandaya qarşı yaxşı oynadıq. Bəsit səhvlər etdik və məğlub olduq. Bu səhvlərin sonucu bizim üçün böyük oldu. Ya səhv etməyəcəksən, ya da bunu edib matçı uduzacaqsan. İkincisi oldu. Komandama uğurlar, daha yaxşı olacağıq”.

Turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar