Digər
“Lənkəran” “Sumqayıt”a qarşı

24.01.2025 | 11:15
Azərbaycan Basketbol Liqasının 12-ci turunun daha bir oyunu keçiriləcək.
Sports.az xəbər verir ki, B qrupunda "Lənkəran" evdə "Sumqayıt"ı qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Sumqayıt" hazırda 14 xalla qrupda dördüncüdür. Sonuncu - altıncı pillədə olan "Lənkəran"ın isə 13 xalı var.
12-ci turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" isə "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.
Son xəbərlər





























